İntihar edən müəllimənin məktubu tapıldı - `Ölümümdə...`
21:41 23 Noyabr 2016
Abşeron rayonunda 66 yaşlı müəllim özünü yaşadığı evdə asaraq intihar edib.
Femida.az xəbər verir ki, "Report"un məlumatına görə, hadisə Xırdalan şəhəri, Füzuli küçəsindəki evlərdən birində qeydə alınıb.
Belə ki, 1950-ci il təvvəllüdlü Mirzəyeva Azelma Xamis qızı yaşadığı evdə özünü asaraq intihar edib.
Məlumata görə, A.Mirzəyevanın meyiti onun evinə fərdi təhsil almağa gələn şagirdləri tərəfindən aşkarlanıb.
Polis əməkdaşlarının hadisə baş verən evə keçirdiyi baxış zamanı evin qonaq otağında stolun üzərində "Mənim ölümümdə heç kəsi günahlandırmayın" yazısı olan kağız parçası tapılıb.
Qeyd edək ki, A.Mirzəyeva 297 saylı orta məktəbdə 39 il İngilis dili müəllimi kimi fəaliyyət göstərib. Onun həyat yoldaşı 15 il bundan qabaq vəfat edib, övladı yoxdur.
297 saylı orta məktəbdən verilən məlumata görə, A.Mirzəyeva 2015-ci ildə təqaüdə çıxıb. O, 2002-ci ildə respublika üzrə "İlin ən yaxşı müəllimi" 2-ci dərəcəli diplomu ilə seçilib.
Faktla bağlı araşdırmalara başlanılıb. Müəllimin intihar etməsinin səbəbləri araşdırılır.
Femida.az
Oxunub: 4152
Oxşar xəbərlər
- İntihar edən MTN polkovnikinin qardaşına bəraət verildi
- İntihar etmək istədi, xilas edib döydülər - Gəncədə (VİDEO)
- İntihar edən çempionun məşqçisi: “Atası içkiyə meyilli idi”
- İntihar edən çempionumuz - FOTOLAR
- İntihar etmiş polkovnik Eldar Mahmudovun əleyhinə ifadə veribmiş
- İntihar edən kişi məktub yazdı
- İntihardan sonra sorğu-suala tutulan yaxınlar – Qanun nə deyir?
- İntihara cəhd edən qadın xəstəxanada öldü
- İntihar edən gəncin son sözü: `Məni bağışlayın` - YENİLƏNİB
- İntihar edən qadın və uşaqların sayı açıqlandı